Vetamed MMC, CDV və Xantek Şirkətlərinin Birgə Təşkilatçılığı ilə Heyvan Sağlamlığı Simpoziumu Baş Tutdu

26 oktyabr 2024-cü il tarixində Fairmont Baku otelində heyvan sağlamlığı mövzusunda beynəlxalq simpozium təşkil olundu. Vetamed MMC, Argentinanın CDV və Türkiyənin Xantek şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, baytar həkimlər və akademiklər iştirak etdilər.
Simpoziumun açılış nitqini ev sahibi qismində Vetamed MMC-nin direktoru Mübariz Səfərov edərək qonaqları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi. Daha sonra, Prof. Dr. Ayhan Baştan “Neonatal Dönəmdə Qorunma Strategiyaları” və “Buzovlar Gələcəyimizdir” mövzularında təqdimatlar edərək iştirakçılara dəyərli məlumatlar təqdim etdi.
Xantek şirkətinin texniki müdiri Dr. Uğur Solmaz “Tənəffüs Yolu Xəstəliklərindən Qorunmanın Önəmi” və “Enterotoksemiya və Pasturellanın Önəmi” mövzularında çıxış edərək heyvanların sağlamlığının qorunması üçün vacib tədbirlərdən danışdı. Daha sonra, Xantek şirkətinin direktoru Dr. Ümit Cem Aksoy Xantek, CDV və Vetamed MMC şirkətlərinin peyvənd strategiyaları haqqında geniş məlumat verdi.
Bundan əlavə, simpozium ərzində Prof. Dr. Ayhan Baştan, Dr. Ümit Cem Aksoy və Dr. Uğur Solmaz iştirakçıların maraqlandığı sualları cavablandıraraq mövzulara dair ətraflı izahlar təqdim etdilər. Diskussiya zamanı baytar həkimlər və sahibkarlar praktiki təcrübələri paylaşaraq aktual problemlər və həll yolları barədə fikir mübadiləsi apardılar.
Saat 09:45-də başlayan simpozium 16:30-da başa çatdı. Tədbir boyunca çay və qəhvə fasilələri təşkil olundu, nahar verildi. Simpozium musiqili qala şam yeməyi ilə yekunlaşdı.
Vetamed MMC olaraq, simpoziumda iştirak edən hər kəsə dərin təşəkkürümüzü bildirir, heyvan sağlamlığı sahəsində birgə əməkdaşlığın davamlı olmasını arzulayırıq.















































