PRİMOXAL

İnjeksiya Həlli

Tərkibi: Hər ml-də 40 mg Trimetoprim və 200 mg Sülfametoksazol var.

İstifadə sahəsi və göstərişləri: At, it, sığır, qoyun və keçilərdə duyarlı bakterilərdən qaynaqlanan infeksiyaların müalicəsində istifadə olunur. Pasteurella haemolytica və Pasteurella multocida-dan qaynaqlanan pnevmoniyalar, plöropnömoniya, enzootik pnevmoniya kimi tənəffüs sistemi infeksiyaları, ürogenital sistem infeksiyaları, həzm sistemi infeksiyaları, yumşaq toxuma infeksiyaları, tırnaq arası və digər yara infeksiyaları, mastit və metritlərdə parenteral dəstək olaraq istifadə edilir.

İstifadə forması və dozası: Sığır, qoyun, keçilərə 1 ml/10 – 15 kg c.a. kas içi (IM) və ya yavaş damar içi (IV) yolla, atlar və itlərdə yalnız damar içi (IV) yolla tətbiq edilir.

İlaç qalıntı arınma müddəti (i.k.a.s): Müalicə müddətində və son ilaç tətbiqindən sonra 14 gün keçmədən sığır, qoyun və keçilər kəsimə göndərilməməlidir. Müalicə müddətində və son ilaç tətbiqindən sonra 5 gün (10 sağım) müddətində əldə edilən inək, qoyun və keçi südü istehlaka təqdim olunmamalıdır.