MEGASİL CLA
Injeksiyon Süspansiyası
Tərkibi: Hər ml-də 140 mg Amoksisilin baza bərabər Amoksisilin trihidrat və 35 mg Klavulanik asidə bərabər Potasyum klavulanat ehtiva edir.
İstifadə sahəsi və göstərişlər: İnek, it və pişiklərdə həssas bakteriyalar tərəfindən səbəb olunan infeksiyaların müalicəsində istifadə olunur. İneklərdə pnevmoniya, bronkopnevmoniya, plevrə-pnevmoniya və yuxarı tənəffüs yolları kimi tənəffüs sistemi infeksiyaları, oynaqların infeksiyaları, göbək kordonu infeksiyaları və abselər kimi yumşaq toxuma infeksiyaları, nefrit, piyelonefrit, sistit kimi ürogenital sistem infeksiyaları, həzm sistemi infeksiyaları, mastit və metritlərdə lokal müalicəyə parenteral dəstək, it və pişiklərdə tənəffüs və üriner sistem infeksiyaları, dəri və digər yumşaq toxuma infeksiyalarının (abse, piyoderma, anal sakülit və gingivit kimi) müalicəsində istifadə olunur.
İstifadə qaydası və dozası: İneklərə 1 ml/20 kg c.a. əzələ daxili (IM), pişik və itlərdə əzələ daxili (IM) və dəri altı (SC) yolla tətbiq edilir.
Dərman qalıq təmizləmə müddəti (d.q.t.m): Müalicə müddətində və dərman tətbiqindən sonra inəklər 20 gün keçmədən kəsilməməli və ətləri insan istehlakına təqdim edilməməlidir. Müalicə müddətində və son dərman tətbiqindən sonra 4 gün (8 sağım) müddətində əldə edilən inək südü insan istehlakına təqdim edilməməlidir.
