HUMMASOL-K
Injeksiyon üçün Həll
Tərkibi: Hər ml-də 200.0 mg Kalsium glukonat, 16.0 mg Maqnezyum glukonat və 2.19 mg Kafein monohidrat ehtiva edir.
İstifadə sahəsi və göstərişlər: İneklerde süd xəstəliyi və çayır tetanı, qoyunlarda hamiləlik toksemiyası, buzovlarda süd tetanı, atlarda tetani və azoturiya halları, itlərdə eklampsiya, bütün ev heyvanlarında çox tərəfli kalsium çatışmazlığı və buna bağlı olaraq inkişaf edən raşitizm, osteomalasiya halları, sümük sınıqları və qırılmaları, diş çürümələri, serum xəstəliyi, allergiya və anafilaktik pozulmalar, ürtiker, bəslənmə pozulmaları, kalsium və fosfor balansının pozulması, qanama və kollaps, qida zəhərlənmələri, zəhərli heyvan sancmaları və dişləmələri, DDT və digər xlorlu hidrokarbon insektisidlərinin zəhərlənməsinin müalicəsində qoruyucu və dəstəkleyici olaraq istifadə olunur.
İstifadə qaydası və dozası: İneklerde 250-500 ml damar içi (IV) yolla tətbiq edilir.
Dərman qalıq təmizləmə müddəti (d.q.t.m): Ət və süd üçün “0” sıfır gündür.
