HEMADUR-K
Injeksiyon üçün Həll
Tərkibi: Hər ml-də 10 mg Vitamin K-1 (Phytonadione, Phytomenadione) ehtiva edir.
İstifadə sahəsi və göstərişlər: İnek, at, donuz, qoyun, keçi, it və pişiklərdə; kəskin qanamalar (kəskin hipoprotrombinemi), doğum sonrası qanamalar, süd vəzisi toxumasının kılcal qanamaları, əməliyyat sonrası qanamalar, vitamin K sintezini maneə törədən hallar (qaraciyər xəstəlikləri, safra sintezi və ya axını pozulmuş hallar, ishal ilə gedən həzm sistemi xəstəlikləri və həzm sistemi bakteriya populyasiyasına mənfi təsir göstərən kimyaterapiya tətbiqləri), vitamin K-antagonistləri ilə zəhərlənmələr (məsələn, kumarin əsaslı rodentisidlər), ilan sancmaları, zədələnmiş və ya küflü yonca yeyilməsi ilə alınan kumarin tərkibli maddələrdən qaynaqlanan daxili qanamalarda qanamanın dayandırılması məqsədilə istifadə olunur.
İstifadə qaydası və dozası: İnek və atlarda kəskin olmayan hallarda 0,5-2,5 ml/10 kg c.a. əzələ daxili (IM) və ya dəri altı (SC), kəskin hallarda damar içi (IV) yolla tətbiq edilir.
Dərman qalıq təmizləmə müddəti (d.q.t.m): Ət və süd üçün “0” sıfır gündür.
