FULİMED
Enjeksiyon üçün məhlul
Tərkibi: Hər ml 50 mq Fluniksinə ekvivalent Fluniksin meglumin ehtiva edir.
İstifadə sahəsi və göstərişləri: Sığır, at və itlərdə non-steroid iltihab əleyhinə (anti-enflamatuvar), anti-endotoksik, qızdırma salıcı (anti-piretik) və narkotik olmayan ağrıkəsici (analjezik) kimi istifadə olunur. Aşağıdakı hallarda tətbiq edilir:
- Sığırlarda:
- Kəskin iltihabi proseslər
- Qızdırma ilə müşayiət olunan infeksiyalar
- Endotoksik şok, kolibasilloz, pnevmoniya və xroniki obstruktiv tənəffüs xəstəliklərində kəskin iltihabın idarə edilməsi
- Fog fever (Kəskin sığır pulmoner amfizemiyası)
- Kəskin mastitin müalicəsi
- Atlarda:
- İltihabi proseslər və lokomotor pozğunluqlardan irəli gələn ağrılar
- Kolik səbəbli visseral ağrının azaldılması
- Sığır, at və itlərdə:
- Ümumilikdə tendon və skelet-əzələ sisteminə aid ağrılar və iltihablı hallar
- Düz əzələ spazmlarından irəli gələn ağrı və sancıların müalicəsi
İstifadə qaydası və dozası:
- Sığırlar: 2 ml / 45 kq c.a. əzələ daxili (IM) və ya damar daxili (IV) tətbiq edilir.
- Atlar: 1 ml / 45 kq c.a. əzələ daxili (IM) və ya damar daxili (IV) tətbiq edilir.
Dərman qalığı təmizlənmə müddəti:
- Müalicə müddətində və son tətbiqdən sonra ət üçün yetişdirilən heyvanlar 21 gün ərzində kəsilməməlidir.
- Dərman tətbiqi müddətində və istifadəsi dayandırıldıqdan sonra 5 gün (10 sağım) ərzində əldə edilən süd insan istehlakına verilməməlidir.
Kateqoriya: Anti inflamatuar, Baytarlıq Preparatları
