FENEROL
Enjeksiyon üçün məhlul
Tərkibi: Hər ml 300 mq Florfenikol ehtiva edir.
İstifadə sahəsi və göstərişləri: Sığırlarda həssas bakteriyalardan irəli gələn infeksiyaların müalicəsində istifadə olunur. Mannheimia haemolytica, Pasteurella multocida, Haemophilus somnus və Corynebacterium pyogenes-in səbəb olduğu tənəffüs yolu infeksiyalarında, Fusobacterium necrophorum və Bacteroides melaninogenicus-un səbəb olduğu ayaq çürüməsi, interdigital nekrobasiloz və infeksion pododermatit kimi bakterial mənşəli ayaq xəstəliklərində, Moraxella bovis-in səbəb olduğu infeksion keratokonyunktivitin müalicəsində istifadə olunur.
İstifadə qaydası və dozası:
- Əzələ daxili (İM) tətbiq: 1 ml/15 kq c.a. 48 saat sonra doza təkrarlanmalıdır.
- Dəri altı (SC) tətbiq: 2 ml/15 kq c.a. Tək doz kifayətdir.
Dərman qalığı təmizlənmə müddəti: Müalicə müddətində və son tətbiqdən sonra əzələ daxili istifadə zamanı kəsim üçün nəzərdə tutulmuş sığırlar 30 gün, dəri altı tətbiqdə isə 44 gün ərzində kəsilməməlidir. İnsan istehlakı üçün süd əldə edilən sağmal inəklərdə istifadə olunmamalıdır.
