CEPHAMAST
Məmə Daxili Süspansiya
Tərkibi: Hər 10 ml enjektorda 200 mg Sefaleksin, 200 mg Neomisin mövcuddur.
İstifadə Sahəsi və Göstərişlər: Laktasiya dövründəki inəklərdə; Streptokoklar (Streptococcus agalactiae, Streptococcus dysgalactiae, Streptococcus uberis), Staphylococcus aureus, E. coli, Corynebacterium spp., Pasteurella spp. və Klebsiella spp. bakteriyalarından qaynaqlanan klinik və subklinik mastitlərin müalicəsində istifadə edilir.
İstifadə Qaydası və Dozası: İnəklərdə sağımdan sonra məmə lobuna məmə kanalı vasitəsilə bir ədəd Cephamast süspansiyasının tamamilə tətbiq edilməsi lazımdır. Tətbiq aralığı 12 saatdan az olmamaqla, 2-3 dəfə təkrarlanmalıdır.
Dərman Qalıq Təmizlənmə Müddəti (d.q.t.m): Müalicə müddətində və son dərman tətbiqindən sonra, 7 gündən tez inəklər kəsilməməlidir. Müalicə müddətində və son dərman tətbiqindən sonra, 3 gün (6 sağımdan) ərzində əldə edilən inək südü istehlak üçün təqdim edilməməlidir.
