BİOKSAL %24

Oral Həll

Tərkibi: Hər ml-də 200 mg Sulfaklorpridazin və 40 mg Trimetoprim mövcuddur.

İstifadə Sahəsi və Göstərişlər: Buzağı, quzu və oğlaklarda; həssas bakteriyalardan qaynaqlanan ishal, koli-septisemiya, bronkopnevmoniya, poliartrit, buzağı difteriyası və göbək kordonu iltihablarında, ətlik toyuq və hindilərdə; bakterial mənşəli ishal, koliseptisemiya, hava kisəsi infeksiyaları, salpingit, kolera, koriza və stafilokok infeksiyalarında istifadə edilir.

İstifadə Qaydası və Dozası: Buzağı, quzu və oğlaklara; 1 ml / 10 kg bədən çəkisinə görə su, süd və ya mama əlavə edilərək verilir. ətlik toyuq və hindilərə 100-125 ml / 1000 kg bədən çəkisinə görə suya əlavə edilərək oral yolla tətbiq edilir.

Dərman Qalıq Təmizlənmə Müddəti (d.q.t.m): Müalicə müddətində və son dərman tətbiqindən sonra, buzağı, quzu və oğlaklar 14 gün, ət üçün yetişdirilən toyuq və hindilər isə 10 gün ərzində kəsilməməlidir. Yumurtası insan istehlakına təqdim olunan hindi və toyuqlarda istifadə olunmamalıdır.