ARMASEL-SEB
Baytarlıq Vitamin-Mineral
Tərkibi
Hər 1 ml-də:
- 1 mq Natrium selenit
- 60 mq Vitamin E
- 40 mq Vitamin B1 ehtiva edir.
İstifadə sahəsi / Göstərişlər
Armasel-SEB Enjeksiyonluk Emülsiyon aşağıdakı hallarda istifadə olunur:
- Hamilə inək, at, qoyun, keçi, quzu, oğlaq, buzov, dayça, pişik və itlərdə selenyum, vitamin E və vitamin B1 çatışmazlığının qarşısının alınması və müalicəsi.
- Gənc heyvanlarda qidalanmaya bağlı əzələ distrofiyası (ağ əzələ xəstəliyi) müalicəsində.
- Selenyum və vitamin E çatışmazlığı olan rasionla bəslənən hamilə heyvanların doğurduğu balaların inkişaf geriliyinin qarşısının alınmasında.
- Əzələlərin qidalanma çatışmazlığı nəticəsində zəifləməsi və atrofiyası zamanı.
- Konvulsiyalar (sarsıntılar), iflic hallarında əsas müalicəyə dəstək kimi.
- Heyvanların daşınma stressi, iştahsızlıq, qaraciyər nekrozu, vitamin E və selenyum çatışmazlığına bağlı sonsuzluq və gənc heyvanların inkişaf pozğunluqlarında.
- Atlarda miyoglobinuriya və miyosit hallarında istifadə olunur.
İstifadə qaydası
- Dərialtı (SQ) və ya əzələ daxilinə (İM) inyeksiya yolu ilə tətbiq edilir.
Qida məhsullarında dərman qalığı xəbərdarlığı
- Dərman qalığı təmizlənmə müddəti (DQTM): Ət və süd üçün “0” gündür (istifadədən sonra heç bir gözləmə müddəti tələb olunmur).
Ticari təqdimat forması
20 ml və 100 ml-lik bal rəngi flakonlarda / karton qutuda təqdim olunur.
Kateqoriya: Baytarlıq Preparatları, Vitamin
