ANAFLEX 0.5%

Anaflex %0.5 – Baytarlıq Qeyri-Steroid İltihab Əleyhinə Dərman

Tərkibi: Hər ml-də 5 mg meloksikam ehtiva edən steril, şəffaf sarı məhlul.

Farmakoloji Xüsusiyyətləri:
Meloksikam COX-2 inhibitoru olub, iltihab əleyhinə, ağrıkəsici və hərarətsalıcı təsir göstərir. Plazma zülallarına 98%-dən çox bağlanır, əsasən qaraciyər və böyrəklərdə toplanır. Mal-qara, at, it və pişiklərdə müxtəlif yarımparçalanma dövrləri ilə orqanizmdən xaric edilir.

İstifadə Sahəsi:

  • Mal-qara: Tənəffüs infeksiyaları, ishal, mastit, oynaq və tendon iltihabları.
  • Atlar: Əzələ-iskelet sistemi ağrıları, kolik müalicəsi.
  • İtlər: Osteoartrit, əməliyyat sonrası ağrı və iltihab.
  • Pişiklər: Ortopedik və yumşaq toxuma əməliyyatları öncəsi ağrıkəsici.

İstifadə Qaydası:

  • Mal-qara: 0,5 mg/kq (1 ml / 10 kq), SC və ya IV, tək doz.
  • Atlar: 0,6 mg/kq (12 ml / 100 kq), IV, tək doz.
  • İtlər: 0,2 mg/kq (0,4 ml / 10 kq), SC və ya IV, tək doz.
  • Pişiklər: 0,3 mg/kq (0,3 ml / 5 kq), SC, tək doz.