
Haqqımızda
Vetamed MMC olaraq 2019-cu ildən etibarən kənd təsərrüfatı və heyvandarlıq sahəsində yüksək keyfiyyətli məhsulların təminatçısı kimi fəaliyyət göstəririk. Şirkətimiz iri və xırda buynuzlu heyvanlar üçün baytarlıq preparatları, vaksinlər və it-pişik yemlərinin toptan və pərakəndə satışını həyata keçirir.
Müştərilərimizə yalnız etibarlı və tanınmış beynəlxalq markaların məhsullarını təqdim etməyi əsas prioritetimiz hesab edirik. Bu istiqamətdə Türkiyə, Argentina və İtaliya kimi ölkələrin brendlərini Azərbaycan bazarına gətirərək, keyfiyyət və güvəncəni bir araya gətiririk.
Vetamed MMC, aşağıdakı beynəlxalq şirkətlərin ölkəmizdə rəsmi distribyutorudur:
- ALKE, Hektaş, Arma İlaç və Güneşli (Türkiyə)
- CDV (Argentina)
- Fatro (İtaliya)
Bu əməkdaşlıqlar sayəsində ən müasir və effektiv həllər təqdim edərək heyvandarlıq və baytarlıq sahəsində inkişafa töhfə verməkdəyik.
Tərəfdaşlıq etdiyimiz şirkətlər arasında Yalama Agropark, Xaçmaz Agropark, Dost Agropark, Azza, Qoç Ət, Hicaz Broyler, Qəbələ Agropark, Şahdağ Fermer Təsərrüfatı, Kürdəmir Süd Emalı Zavodu (Azərsun), Azərsun Kənd Təsərrüfatı Məhsulları, Atena, Agrofresh, Ağsu Agropark kimi nüfuzlu qurumlar yer alır. Həmçinin, ölkəmizin bütün bölgələrində yüzlərlə aptek ilə sıx əməkdaşlıq edirik.
Məqsədimiz, müştərilərimizə keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, ölkəmizdə baytarlıq və heyvandarlıq sahəsinin inkişafına dəstək olmaqdır.
Missiya və Vizyon
Vetamed MMC olaraq missiyamız, heyvandarlıq və baytarlıq sahəsində ən yüksək keyfiyyətli məhsulları təqdim edərək, müştərilərimizin sağlamlıq ehtiyaclarını qarşılamaqdır. "Sağlamlıq Yolxucudur" şüarı ilə biz, məhsullarımızın güvənli, təsirli və effektli olmasına önəm veririk, eyni zamanda heyvanların və təbiətin sağlamlığını qorumağı hədəfləyirik. Hər bir məhsulumuz, bu prinsipə əsaslanaraq müştərilərimizə ən yaxşı xidmət və nəticəni təmin etmək məqsədini güdür.
Vetamed MMC-nin vizyonu, Azərbaycan və beynəlxalq bazarda baytarlıq və heyvandarlıq sahəsində lider və etibarlı tərəfdaş olmaqdır. Biz, müasir texnologiyalar və beynəlxalq standartlara uyğun məhsullarla, sağlamlıq sahəsində yenilikləri tətbiq edərək, heyvanların və təbiətin rifahını ön planda tutan davamlı inkişaf modelini tətbiq etməyi hədəfləyirik. Bu yolda "Sağlamlıq Yolxucudur" şüarını rəhbər tutaraq, ölkəmizin hər küncündə sağlamlıq və keyfiyyət sahəsində mühüm addımlar atmaq niyyətindəyik.




