Signature Lamb Adult Cat 10 KQ

Kateqoriya: , ,
Ətraflı

Ətraflı

Yetkin pişiklərin gündəlik qidalanma ehtiyaclarını ödəmək üçün formulə edilmiş, quzulu və çaytikanlı tam və balanslaşdırılmış quru pişik yemidir.

  1. Çaytikanı təbiətdəki yeganə omega-7 yağ turşusu mənbəyidir. Pişiyinizin immun sistemini gücləndirir və antiviral təsir göstərir.
  2. Prebiotik xitozamin sayəsində yetkin pişiklərin həzm sistemindəki faydalı mikroorqanizmlərin və həzmi təmin edən hüceyrə orqanoidləri sayını artıraraq bağırsaq sağlamlığını və immun sistemini dəstəkləyir.
  3. Qızılcık və C vitamini tərkibi ilə sidik yollarının sağlamlığını qoruyur.
  4. Hidrolizə olunmuş quzu proteini sayəsində yüksək həzm olunma qabiliyyətinə malik amin turşuları dərinin və tük örtüyünün sağlamlığını, eləcə də immun sistemini dəstəkləyərək parlaq və sağlam tüklərin yaranmasına kömək edir.
  5. Yucca schidigera tərkibi sayəsində nəcis qoxusunu azaldır.
  6. Tərkibindəki vitaminlər, minerallar, antioksidantlar və bitki ekstraktları immun sistemini dəstəkləyir.
  7. Yüksək keyfiyyətli hidrolizə olunmuş zülallar və aromatlar sayəsində yüksək dadlılıq təmin edir.
  8. Psyllium lifi pişiyinizin həzm sistemində toplanaraq topalar əmələ gətirə biləcək tüklərin nəcis vasitəsilə orqanizmdən atılmasını təmin edir və tük yumaklarının yaranmasının qarşısını alaraq malt qəbuluna olan ehtiyacı azaldır.
  9. L-karnitin qaraciyər sağlamlığını qoruyur, enerji mübadiləsini tənzimləməklə pişiyinizin ideal bədən formasını saxlamağa kömək edir.
  10. Tərkibindəki antioksidant xüsusiyyətli bitki ekstraktları ürək və qan-damar sistemini qoruyur.
  11. Eyni zamanda bu antioksidant bitki ekstraktları allergik reaksiyalara qarşı müqaviməti artırır.