MİNA-LYTE
MİNA-LYTE Oral Həll
Tərkibi: Hər 1 L-də 74.15 g Fosfor, 1.525 g Natrium, 2.65 g Maqnezium, 30.72 g Kalsium, 0.276 g Mis, 1.05 g Kalium, 0.28 g Mangan, 1.125 g Dəmir, 0.65 g Sink, 0.25 g Kobalt, 10 g Metionin, 5 g Lizin mövcuddur.
İstifadə Sahəsi və İndikasiyalar: Tərkibindəki amin turşuları, minerallar və iz elementlərin çatışmazlığı, yoxluğu və ya qarşılıqlı balanssızlıqlarının nəticəsində meydana gələn spesifik və ya non-spesifik xəstəliklərin və ya pozulmaların müalicəsi, qarşısının alınması və dəstəklənməsi məqsədilə istifadə olunur.
- Heyvanların məhsuldarlığını artırmaq: Besi və süd heyvanlarında süd, ət və yun veriminin artırılması, hamiləlik və laktasiya dövründə artan mineral ehtiyaclarının qarşılanması.
- Mineral çatışmazlıqları: Sümük pozulmaları, tüy və dəri problemləri (sink çatışmazlığı ilə əlaqədar), dəmir və kobalt (Vitamin B12) çatışmazlığı ilə bağlı anemiyalar.
- Gənc heyvanlarda inkişaf: Yenidoğulmuş və gənc heyvanlarda əzələ və skelet sisteminin balanslı inkişafının təmin edilməsi.
- Metabolik pozulmaların düzəldilməsi: Mineral çatışmazlıqlarından yaranan metabolik pozulmaların düzəldilməsi.
- Stress halları: Soyuq, isti, daşınma, səs-küy, aşılanma və digər stres faktorlarına qarşı qorunma və həmin vəziyyətlərin qarşısının alınması.
- Sindirim sistemi pozulmaları: Xüsusilə buzağı ishalı ilə bağlı, digər enterik xəstəliklərlə müşayiət olunan sindirim sistemi pozulmalarında əsas müalicəyə dəstək olaraq istifadə olunur.
- Quşçuluq: Quşlarda ət və yumurta veriminin artırılması, yemdən istifadəni yaxşılaşdırmaq, aşılanma və stres faktorlarının təsirinin azaldılması.
- Dehidratasiya və ishalın müalicəsi: Heyvanlarda bədən müqavimətinin artırılması və döl veriminin yaxşılaşdırılması məqsədilə dəstəkləyici tədbir kimi istifadə olunur.
İstifadə Qaydası və Dozu: Prospektusda göstərilən dozaya uyğun istifadə edin.
İlaç Kalanma Arınma Müddəti (i.k.a.s): ət və süd üçün “0” sıfır gündür.
Kateqoriya: Baytarlıq Preparatları, Vitamin
