MEGLUVET

Ticarət təqdimat forması: 100 ml və 250 ml-lik kəhrəba rəngli Tip II flakon, boz rəngli bromobutil standart tıpa və mavi flip-off qapaq ilə bağlanmış karton qutu içərisində təqdim edilmişdir.

Tərkibi: Hər ml-də 50 mq fluniksin baza ekvivalenti 82,95 mq fluniksin meqlumin və qoruyucu olaraq 5 mq fenol mövcuddur.

İstifadə qaydası

İSTİFADƏ SAHƏSİ / GÖSTƏRİŞLƏR

Meqluvet Enjeksion Məhlulu; rəngsiz, şəffaf və qoxusuz steril enjeksion məhlul formasında olub, baytarlıq qeyri-steroid iltihab əleyhinə və antiromatizmal preparatdır.

Məhsul iltihab əleyhinə, ağrıkəsici, qızdırmasalıcı və antiendotoksik təsirlərə malikdir:
Mal-qara üçün; kəskin mastit, tənəffüs yolları xəstəliklərinə bağlı kəskin iltihabın idarə olunması, kəskin ağciyər emfizeması (fog fever) xəstəliyinin müalicəsində istifadə olunur.
Atlar üçün; daxili orqanların düz əzələ spazmlarından qaynaqlanan (kolik) ağrı və sancıların aradan qaldırılmasında istifadə edilir.

TƏTBİQİ VƏ DOZASI

Baytar həkimi tərəfindən başqa cür tövsiyə edilmədiyi halda:
Mal-qara və atlarda venadaxili (i.v) tətbiq edilir.
Mal-qara üçün; farmakoloji doza venadaxili 2,2 mq/kq c.a./gün təşkil edir.
Praktik olaraq 2 ml/45 kq canlı çəki dozada tətbiq edilir, maksimal müalicə müddəti 5 gündür.
Atlarda; əzələ-skelet sistemi pozğunluqlarında farmakoloji doza venadaxili 1,1 mq/kq c.a./gündür.
Praktik olaraq 1 ml/45 kq canlı çəki dozada tətbiq edilir, maksimal müalicə müddəti 5 gündür.
Kolik hallarında venadaxili 1,1 mq/kq/gün farmakoloji dozada, 1 ml/45 kq c.a. şəklində istifadə olunur. Kolik təkrarlanarsa, ikinci dəfə tətbiq edilə bilər.
Mədə-bağırsaq kanalında qan dövranının pozulduğu qastrik torsiyon və digər hallar ilə bağlı endotoksemiya və septik şok müalicəsi üçün; venadaxili olaraq 6-8 saatda bir 0,25 mq/kq (1 ml/200 kq) dozada tətbiq edilir.