GENTAPAN %15

Enjeksiyon üçün məhlul

Tərkibi: Hər ml 150 mq Gentamisin bazına ekvivalent Gentamisin sülfat ehtiva edir.

İstifadə sahəsi və göstərişləri:
Sığır və atlarda həssas bakteriyalardan irəli gələn:

  • Tənəffüs sistemi, həzm sistemi və ürogenital sistem (nefrit, piyelonefrit, sistit)
  • Kolibasillozis, septisemiya və digər yumşaq toxuma infeksiyaları

İstifadə qaydası və dozası:

  • 1 ml / 40 kq c.a. damar daxili (IV), əzələ daxili (IM) və ya dərialtı (SC) tətbiq edilir.

Dərman qalığı təmizlənmə müddəti:

  • Müalicə müddətində və son tətbiqdən sonra ət üçün yetişdirilən sığırlar 80 gün ərzində kəsilməməlidir.
  • Müalicə müddətində və son tətbiqdən sonra 2 gün (4 sağım) ərzində əldə edilən süd insan istehlakına verilməməlidir.