ENROLEN 10% İnyeksiya Üçün Məhlul

Enjeksiyonlu Çözeltmə

Tərkibi: Hər ml-də 100 mg Enrofloksasin var.

İstifadə Sahəsi və Göstəriciləri: Sığır və qoyunlarda enrofloksasinə həssas olan gram-müsbət və gram-mənfi bakteriyalar və Mikoplazmaların yaratdığı infeksiyaların müalicəsində istifadə olunur. Bu çərçivədə, Pasteurella haemolytica və Pasteurella multocida-dan irəli gələn pnevmoniyalar, plöropnevmoniya, enzootik pnevmoniya kimi tənəffüs sistemi infeksiyaları, quzu və oğlaklarda E. coli infeksiyaları (Kolibasilloz, Koliseptisemiya), həzm və ürogenital sistem infeksiyaları, viral infeksiyalarla müşayiət olunan həssas bakteriyaların yaratdığı sekonder infeksiyalar, mastit və metritlərdə yerli istifadə olunur.

İstifadə Şəkli və Dozu: 1 ml/40 kg bədən çəkisi üçün dərialtı (SC), əzələ daxili (IM) və ya damar daxili (IV) yolla tətbiq edilir.

Dərman Qalıq Təmizlənmə Müddəti (İ.K.T.M.): Müalicə müddətində və son dərman tətbiqindən sonra ətdən istifadə edilən sığırlar 14 gün, qoyunlar isə 10 gün kəsimə göndərilməməlidir. Müalicə müddətində və dərman tətbiqindən sonra inək südü 4 gün (8 sağım) ərzində istehlak üçün təqdim edilməməlidir. Südü insan qidası olaraq istifadə edilən qoyunlarda istifadə edilməməlidir.